BAKI, 16 iyun — Sputnik. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”i (TƏBİB) Əməkdar artist Bəhram Bağırzadəyə aid olduğu iddia edilən görüntülərə münasibət bildirib. Sputnik Azərbaycan-a TƏBİB-dən daxil olan məlumatda deyilir: “Son günlər sosial şəbəkələrdə guya Əməkdar artist Bəhram Bağırzadənin pandemiya xəstəxanasında çəkilmiş videosu ilə bağlı bildiririk ki, sözügedən videomaterialda hazırda “Yeni Klinika” tibb müəssisəsində müalicə alan 1984-cü il təvəllüdlü vətəndaşın görüntüləri yer alıb. B.Bağırzadə ilə bağlı qeyd edilənlər həqiqəti əks etdirmir”.
Qeyd edək ki, Əməkdar artist Mərkəzi Gömrük Xəstəxanasında koronavirus infeksiyasından müalicə alır.