Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Hər şey ciddidir": NATO niyə Rusiya sərhədlərindəki çayları keçməyə hazırlaşır?

© AFP 2024 / JONATHAN NACKSTRANDУчения «Трайдент Джункт 2018» под руководством НАТО
Учения «Трайдент Джункт 2018» под руководством НАТО - Sputnik Azərbaycan
Abunə olmaq
Qərb sadəcə razılaşmalara məhəl qoymur, Rusiya isə ya təlimlər barədə məlumat verir, ya da onları sərhədlərdən kənarda keçirir

BAKI, 16 iyun — Sputnik, Nikolay Protopopov. Minlərlə hərbi qulluqçu, yüzlərlə tank, döyüş təyyarələri və şərqdən hücum "təhlükəsi" — "Defender Europe 2020" adlı genişmiqyaslı təlimlər qızğın şəkildə davam edir. ABŞ Avropadakı müttəfiqlərini dəstəkləməyə hazır olduğunu təsdiq etməlidir. Əsas vəzifə böyük su maneələrinin keçilməsi manevrlərini məşq etməkdir. Qərbin niyə Rusiya sərhədləri yaxınlığında yenidən "müharibə" etməsi barədə ətraflı RİA Novosti-nin materialında.

Ən sadiq müttəfiq

Американские военные, отправляющиеся в район операций Центрального командования США из Форт-Брэгг, Северная Каролина - Sputnik Azərbaycan
RUSİYA
"Bataqlığa sürükləyəcək". ABŞ Rusiyanın Yaxın Şərqdə fəaliyyətindən narahatdır

25 ilin ən böyük NATO təlimləri yaz üçün planlaşdırılmışdı, lakin koronavirus pandemiyası səbəbindən onu iyuna təxirə saldılar. Rəsmi bəyanatlara görə, təlimlərin strateji məqsədi ABŞ-ın Şimali Atlantika alyansına sadiqliyini və "Avropa müttəfiqlərini dəstəkləmək üçün sarsılmaz qətiyyətini" nümayiş etdirməkdir.

Güman edilirdi ki, ABŞ artıq dislokasiya olunmuş kontingentin gücləndirilməsi üçün Almaniya vasitəsilə Avropaya təxminən 20 min hərbçi göndərəcək. Ümumilikdə isə Pentaqon təlimlərə 37 minə yaxın əsgər və zabit ayırıb. İndi isə planları bir qədər dəyişiblər. Manevrlərin əsas iştirakçısı Vaşinqtonun ən sadiq müttəfiqlərindən biri Polşa olub.

Amerikalı əsgərləri və texnikanı daşıyan nəqliyyat təyyarələri məhz bu ölkəyə bu günlərdə enməyə başlayıb. Dravsko poliqonunda keçiriləcək təlimlərdə iki min polşalı olmaqla ümumilikdə altı min hərbçi "Avropada ABŞ qoşunlarının sürətli yerləşdirilməsi hesabına strateji hazırlıq və qarşılıqlı əlaqəni gücləndirəcək".

"Əlbəttə ki, epidemiya planlarımızı dəyişib, amma əsas odur ki, biz vəziyyətə sürətlə uyğunlaşdıq. Polşa ordusu bir dəqiqə də olsun hərbi hazırlığını itirmədi", – Polşanın Milli Müdafiə naziri Mariuş Blaşak qeyd edib.

Yüzdən çox tank və iki yüz zirehli maşın, artilleriya, hava hücumundan müdafiə vasitələri, təyyarələr və vertolyotlar – təxminən iki min ədəd texnika təlimlərə gətirilib. Polşa və Amerika qoşunları birgə bir neçə döyüş əməliyyatı aparacaqlar.

Символ НАТО, фото из архива - Sputnik Azərbaycan
NATO-dan Qələbə Günü mesajı – "Birlikdə daha güclüyük"

Əsas taktiki epizod isə tank və hava-desant qoşunlarının iştirakı və əks-hücuma keçidlə su maneələrinin aşılmasıdır. "Valday" analitik klubunun hərbi eksperti Artyom Kureyev bunu "Defender Europe 2020" təlimlərində əsas amil hesab edir.

"Hərbi nöqteyi-nəzərdən çexiyalı, polşalı və litvalı hərbçilərə ABŞ-dan alınmalı olacaq hərbi texnikadan istifadə üzrə daha bir "master-klas" keçiləcək. Siyasi baxımdan isə bu, NATO-nun hərbi müdaxilə vəziyyətində düşmən qoşunlarını Alyans ərazisindən vurub çıxarmağa, Neman və Dauqava çaylarını aşıb keçməyə hazır olduğunu nümayiş etdirir", - ekspert RİA Novosti-yə bildirir.

Narahat Baltika

Demək olar ki, eyni vaxtda Baltik dənizində "Baltops 2020" irimiqyaslı hərbi dəniz təlimləri də başlayıb. On səkkiz ölkə, 30 döyüş gəmisi, təxminən bir o qədər də təyyarə təlimlərdə iştirak edir. Belə manevrlər burada artıq 49 il ərzində hər il keçirilir.

Ekspert vurğulayır ki, "Baltops" təlimlərinin senarisi olduqca müdafiə yönümlüdür – sualtı qayıqlardan və hava hücumundan müdafiə, mina əleyhinə mübarizə, həmçinin dəniz blokadasının təşkili.

"Bu təlimləri izləmək çox maraqlı olardı, çünki NATO-nun Şərqi Avropada manevrlərinin məntiqinə görə, donanmanın desant əleyhinə əməliyyatlarını məşq etmək, eləcə də Estoniya, Latviya və Litvadakı elektorata alyansın Saaremaa, Yurmala və Palanqa çimərliklərinə rusiyalı desantların çıxmasına yol verməyəcəyini göstərmək lazımdır", - o deyib.

Ədalət naminə qeyd etmək lazımdır ki, bütün sərhəd ölkələrinin regionda hərbi təlim aparmaq hüququ var. Lakin son illər ABŞ və NATO-nun manevrləri Rusiya sərhədlərinə daha da yaxınlaşır, qərbli siyasətçilər isə onlardan Moskva ilə münasibətlərin kəskinləşməsi üçün bəhanə kimi istifadə edirlər.

"Sözsüz ki, böyük beynəlxalq hərbi blok milli silahlı qüvvələr arasında qarşılıqlı əlaqəni daha da gücləndirməlidir. Amma təlimlərin əksəriyyətinin ssenarisi, təbii ki, Rusiya kimi hərbi potensialı olan Şərqi Avropa ölkəsinin hücumu üzərində qurulub", – Kureyev bildirir.

Bu, əlbəttə ki, Rusiya ilə NATO arasında elə də konstruktiv münasibətlərin olmadığını göstərir. Lakin təlimlərin bu ssenarisi hərbçilərdən çox, sakinlər üçün nəzərdə tutulub. Baltikyanı ölkələrin, Polşanın və Çexiyanın mühafizəkar, millətçi elektoratı əmin olmalıdır ki, müttəfiqlər onları potensial rəqib olan Rusiyadan qoruyacaq. Onların bir çox daxili siyasi və iqtisadi problemləri məhz Rusiyanın adına yazılır.

Qərbli həmkarların bu əməllərinə Rusiyanın həm Xarici İşlər Nazirliyində, həm də Müdafiə Nazirliyində reaksiya veriblər, gərginliyin azaldılmasına və heç olmasa faşist Almaniyası üzərində Qələbənin 75 illiyi qeyd edildiyi bir vaxtda qoşunları sərhədlərdən uzaqlaşdırmağa çağırıblar.

ABŞ Prezidenti Donald Tramp və Almaniya kansleri Angela Merkel - Sputnik Azərbaycan
Dünyanın iki nəhəng dövlətinin liderləri mübahisə ediblər

"Sirr deyil ki, NATO-nun son illər ərzində ən böyük təlimi olan "Defender Europe 2020" soyuq müharibə kalkaları üzərində qurulub və elə planlaşdırılıb ki, onun fəallığının piki, yəni texnikanın və şəxsi heyətin ən çox cəlb edilməsi 9 May ətrafındakı tarixlərə təsadüf edib. Bu, faktdır", - Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

Diplomat qeyd edib ki, NATO təlimləri bir-birinin ardınca keçirilir. Getdikcə kəşfiyyat təyyarələri, demək olar ki, Rusiyanın sərhədlərində, xüsusilə Baltik və Qara dənizlər üzərində uçur. O, həmçinin Amerika donanmasının bu yaxınlarda Barents dənizinə soxulmasını xatırladıb.

Sazişlərdən yan keçərək

Rusiyalı diplomatlar və hərbçilər sərhədlər yaxınlığında böyük təlimlərdən imtina etməyi, təyyarə və gəmilərin yaxınlaşma məsafəsinə dair razılığa gəlməyi, həmçinin Baltika üzərində döyüş aviasiyasının uçuşları zamanı transponderlərdən istifadə etməyi təklif edirlər. Ancaq onları eşidən yoxdur.

Bundan başqa, Rusiya XİN-də əmindirlər ki, pandemiyadan çıxdıqca NATO-nun hərbi fəallığı yalnız güclənəcək. Kureyevin sözlərinə görə, alyansın yerüstü qoşunlarının dəstəklənməsində donanma da ciddi rol oynayacaq.

Buna baxmayaraq, "Baltops 2020" və "Defender Europe 2020" soyuq müharibə dövrünün təlimləri ilə müqayisə edilə bilməz. O vaxtlar Varşava Müqaviləsi Təşkilatı və Şimali Atlantika Alyansı yüz mindən çox əsgəri "meydana" çıxarırdı. Məsələn, 1967-ci ilin "Dnepr" təlimlərində milyon yarımdan çox hərbçi, "Qərb 1981" manevrlərində isə 100 mindən çox hərbçi iştirak edib. 1982-ci ildə isə Sovet İttifaqının "Qalxan 82" təlimi keçirilib. Onun ssenarisinə görə, SSRİ NATO-ya qarşı preventiv nüvə zərbəsi endirməli idi.

"O vaxtlar düşmənə hərbi potensialını və hücumu effektiv dəf etmək qabiliyyətini nümayiş etdirmək lazım idi. Amerikanın cavabı "Təcrübəli Oxatan 1983" təlimləri oldu. Yeni kodları, rabitə sistemlərini, nüvə münaqişəsi zamanı ilk şəxslərin evakuasiyasını sınaqdan keçirmək üçün nəzərdə tutulmuş bu komanda-qərargah oyunları Varşava Müqaviləsi ölkələrini NATO ilə müharibə həddinə gətirmişdi. Moskva təlimə hazırlıqları və London, Bonn və Vaşinqton arasında intensiv danışıqları Sovet İttifaqına zərbənin müzakirəsi kimi qəbul etmişdi", – Kureyev xatırladır.

Təlimləri planlaşdırarkən NATO tez-tez beynəlxalq sazişləri pozur. Xüsusilə, 2011-ci ildə imzalanmış "Etibarın və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirləri haqqında" Vyana sənədinin 8-ci maddəsi irimiqyaslı manevrlərə çox sayda məhdudiyyətlər nəzərdə tutur. Lakin NATO öz təlimlərini müxtəlif ölkələrdə müstəqil təlimlər silsilə kimi qələmə verməyi sevir.

Qərb sadəcə razılaşmalara məhəl qoymur, Rusiya isə ya təlimlər barədə məlumat verir, ya da onları sərhədlərdən kənarda keçirir. Belə ki, bu il üçün nəzərdə tutulmuş "Qafqaz 2020" manevrləri Volqa bölgəsində və Şimali Qafqazda keçiriləcək.

Xəbər lenti
0