Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 8 may — Sputnik. "Avropada silahların susmasının 75-ci ili oldu. NATO İkinci Dünya müharibəsinin xarabalıqlarından quruldu". Sputnik Azərbaycan xəbər verir ki, bunu NATO-nun Baş Katibi Yens Stoltenberq Qələbə Gününün 75-ci illiyi münasibətilə "Twitter"-də yerləşdirdiyi məlumatda bildirib.
"Avropada silahların susmasının 75-ci ili oldu. NATO İkinci Dünya müharibəsinin xarabalıqlarından quruldu. Bu gün 30 dost və müttəfiqik. Xatırlayırıq və birlikdə daha güclüyük", - deyə Stoltenberq qeyd edib.
Today we mark 75 years since the guns fell silent in Europe. #NATO was founded on the ruins of the Second World War, forging an unbreakable bond between Europe & North America. Today we are 30 friends & Allies. We remember. And we are stronger together. #VEDay75 @NATO pic.twitter.com/GhbmzKio3J
— Jens Stoltenberg (@jensstoltenberg) May 8, 2020
Qeyd edək ki, Avropanın əksər ölkələrində İkinci Dünya müharibəsinin bitdiyi gün – mayın 8-i Qələbə Günü olaraq qeyd olunur. Azərbaycanda isə Qələbə Günü mayın 9-u qeyd olunur.