CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millət vəkilindən xəstəxanalarda yer probleminə çarə: "Buraxın evə"

© Official website of President of Azerbaijan RepublicModul tipli xəstəxana
Modul tipli xəstəxana - Sputnik Azərbaycan
Abunə olmaq
"Əgər xəstə izolyasiya qaydalarına əməl etməzsə, özü qəsdən gedərək camaatı yoluxdurarsa, bu zaman həmin şəxs Cinayət Məcəlləsi ilə məsuliyyətə cəlb oluna bilər" - Musa Quliyev.

 

BAKI, 16 iyun — Sputnik. "Hesab edirəm ki, xəstəxanada qalan, heç bir simptomu olmayan xəstələrin evdə müşahidələrinin təşkili daha məntiqlidir. Bununla həm xəstəxanalarda yer problemi həll olunar, həm də tibbi personalın məşğulluğu baxımdan faydalı olar". Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Millət vəkili simptomsuz xəstələrin evdə qalmasının, eyni zamanda da xəstəxanada sadəcə bir testin nəticəsinin mənfi çıxması ilə həmin şəxsin vaxtından əvvəl evə buraxılmasının daha məntiqəuyğun olduğunu deyib.

O bildirib ki, belə bir xəstə evə buraxıldıqdan sonra da izolyasiya tədbirləri nəzərə alınmalıdır: "Şəxs izolyasiya qaydalarına əməl etməzsə, özü qəsdən gedərək camaatı yoluxdurarsa, bu zaman həmin şəxs Cinayət Məcəlləsi ilə məsuliyyətə cəlb oluna bilər".

Xəbər lenti
0