BAKI, 16 iyun — Sputnik. "AstraZeneca" dərman şirkəti koronavirus pandemiyası ilə mübarizə çərçivəsində yaratdığı COVID-19 peyvəndi barədə məlumat verib.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, şirkətin rəhbəri Paskal Soriot bildirib ki, peyvənd bir il müddətinə insanı qoruyacaq.
Peyvəndin hazırlanmasına Fransa, Almaniya, İtaliya, İngiltərə, ABŞ və Hollandiya ilə müqavilə bağlanaraq başlanılıb.
Peyvəndin hazırlanması Oksford Universiteti ilə birlikdə həyata keçirilir. Və artıq insanlar üzərində sınanmağa başlanıb.
P.Soriot vurğulayıb ki, şirkət 400 milyon doza peyvənd hazırlamağı planlaşdırır.
"Əgər hər şey qaydasında olsa, avqust və sentyabr aylarında testlərin kliniki nəticələri müəyyən olacaq. Bununla paralel olaraq, istehsala başlayacağıq. Əgər hər şey planlandığı kimi olarsa, oktyabr ayından peyvənd paylanılmağa başlanacaq", - o bildirib.