CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həkimdən acı etiraf: "Xəstələri futbol topu kimi burdan-ora, ordan-bura ötürürlər"

Abunə olmaq
"Test cavabları 5-7 gün ərzində belə yubanır və bəzən xəstə ağır pnevmoniya mərhələsində olduğu üçün test cavabı neqativ çıxır" - Həkim Aqşin Salmanov

BAKI, 16 iyun — Sputnik. "Hörmətli vətəndaşlar, hazırda Bakı şəhərində koronavirusla bağlı vəziyyət qırmızı həddə yaxınlaşır. İnsanlar evlərdə pnevmoniyadan boğula-boğula günlərlə təxliyə gözləyirlər. Bir çox viruslu xəstələr dözməyərək özləri KT olunmaq üçün özəl klinikalar və digər xəstəxanalara gedir və KT cavabında virusun yaratdığı ağır simptomlar görünür. Sonra onlar apteklərə, marketlərə girir və evə qayıdırlar.

Аппарат искусственной вентиляции легких (ИВЛ) в реанимационном отделении, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Azərbaycanda süni tənəffüs cihazına qoşulan koronavirus xəstələrinin sayı açıqlandı

Təcili yardim xəstələri əvvəlki kimi sürətli aparmır və ümumiyyətlə, yer olmadığını bildirir. Ailə üzvləri xəstəni maşına qoyub "Semaşko" adlanan 1 saylı klinik xəstəxanaya, Mərkəzi Gömrük Hospitalına aparırlar və onları orada qəbul etmirlər. Test cavabları 5-7 gün ərzində belə yubanır və bəzən xəstə ağır pnevmoniya mərhələsində olduğu üçün test cavabı neqativ çıxır. Bu zaman hadisələr daha pis cərəyan edir və xəstə futbol topu kimi burdan-ora, ordan-bura ötürülür. Ona görə də bu gün hər yerdə ağır xəstədən tutmuş yüngül simptomlu daşıyıcıya kimi rastlaşa bilərsiniz".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə həkim Aqşin Salmanov məlumat verib. O bildirib ki, aprel-may aylarında xəstələnməyən market, aptek və s. işçilərinin çoxu məhz bu günlərdən sonra, yəni iyulun əvvəllərində ciddi mənada virusa yoluxacaqlar: "3 gündür ki, müxtəlif tibbi qruplarda, eləcə də jurnalistlərdən bir neçəsi xəstə ata-anasını yerləşdirməyə yer tapmır və çarəsizcə boğulan valideyninə baxıb haray qaldırıb. Bütün bunları nəzərə alaraq sizə bir neçə tövsiyəm var:

- Baxmayaraq ki, ölkədə sərt karantin rejimi yoxdur, siz özünüz üçün sərt karantin elan edin.

- Yaşlı insanları evdən çıxmağa qoymayın

- Zəruri ehtiyac olmadıqca aptek, özəl klinika və xəstəxanalar, poliklinikalara getməyin

- Həyətlərdə qonşularla oturub saatlarla söhbət etməyin

- Mümkün qədər qohumların evinizə gəlib getməsini, qalmasını əngəlləyin

- Kafe, restoran, çayxana, ticarət mərkəzlərinə girməyin

Пациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архива - Sputnik Azərbaycan
Koronavirusdan sağalan kişiyə 1,1 milyonluq çek gəldi

- Gün ərzində ünsiyyətdə olduğunuz insanların sayı 5-6 nəfəri keçməsin

- Harada topa insan gördünüz, oradan uzaqlaşın

- Danışdığınız insanla aranızda 1 metr məsafə olsun

- Bütün rejiminizi sərt şəkildə tənzimləyin

- Heç kimlə öpüşüb-görüşməyin

- Adam olmayan yerlərdə gəzərək gün ərzində iki saat hava və gün vannası alın

- Evdən çıxmamaq şansı olan işləməyən insanlar bacardıqca evdə qalıb hamı ilə, hətta qonşularla belə ünsiyyəti kəssin

- Yas, məclis, ad günü və yığıncaqlar təşkil etməyin və getməyin

- Özünüzü minimum 40 gün tam izolə edin və ciddi qorunun. Hər gün hər addımızını nəzarətdə saxlayın

- Dözün, bu da keçəcək. Xəstələnsəniz, həkim yardımı görməyə də bilərsiniz".

Xəbər lenti
0