BAKI, 16 iyun — Sputnik. Mərkəzi Gömrük Hospitalı sosial şəbəkələrdə yayılan bir videoda tibbi müdaxiləyə məruz qalan şəxsin əməkdar artist Bəhram Bağırzadənin olduğu barədəki iddiaya münasibət bildirib. Sputnik Azərbaycan-ın məlumatına görə, Hospitalın Mətbuat xidmətindən bildirilib ki, görüntülərin tibb müəssisəsinə heç bir aidiyyəti yoxdur və Mərkəzi Gömrük Hospitalında çəkilməyib.
Qeyd edək ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Əməkdar artistin 90%-dən çox ağciyər toxumasının zədələndiyindən onu ECMO cihazına qoşublar. B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.