BAKI, 16 iyun — Sputnik. 16 iyun 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, hərracda tələb 30,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, bugünkü valyuta hərracında tələb əvvəlki hərracla müqayisədə 24,1% və ya 9,8 mln. dollar azalıb.