CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı üç istiqamətdə "mühasirədədir"

© © Sputnik / Elvin AhmadYolda nəzarət, arxiv şəkli
Yolda nəzarət, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı-Ələt yolunu ikinci dəfə Dakar rallisinə bənzətməyə imkan verməyiblər: polis dəstələri torpaq yola çıxanları geri qaytarıblar

BAKI, 16 iyun — Sputnik. Bu gün səhər saatlarından Bakının hər üç girişində sıx tıxac müşahidə edilir.

Sputnik Azərbaycan xəbər verir ki, polis əməkdaşları rayonlardan Bakıya gələn sürücülərin sənədlərini və icazələrini yoxlayıb buraxdıqları üçün ağır tıxac yaranıb.

Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev məsələ ilə bağlı bildirib ki, Bakıya girişdə sıxlıq cənub, şimal və qərb istiqamətində müşahidə edilir.

Автомобильная пробка, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Rayona gedənlərimiz gəldilər, nə gəldilər... - VİDEO

Ancaq bir qədər ağır sıxlıq Bakı-Ələt yolunun 65-ci kilometrliyində müşahidə edilir. K.Əliyevin sözlərinə görə, həmin ərazilərdə torpaq yolla getməyə cəhdlər olub. Ancaq müvafiq polis dəstələri həmin cəhdlərin qarşısını alıb.

"Bakı və Sumqayıt şəhərinə gələn insanların sayı çoxdur. Hər bir sürücü və sərnişin yoxlanılmadan buraxılmadığına görə sıxlıq yaranıb. Bakı şəhərinə girişə icazəsi olmayan sərnişinlər geri qaytarılırlar", - deyə o bildirib.

Qeyd edək ki, nisbətən az sıxlıq şimal tərəfdə müşahidə edilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bu gün səhər saatlarında Bakının giriş və çıxışlarında yaranmış tıxaclara aydınlıq gətirib. Qurumdan bildirilib ki, bu gün Bakı şəhərinin giriş və çıxışlarında xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş polis postlarında müşahidə edilən avtomobil tıxacının aradan qaldırılması üçün operativ tədbirlər həyata keçirilib. İlkin araşdırmalarla tıxacın yaranma səbəbləri də məlum olub. Müəyyən edilib ki, xüsusi karantin rejmi dövründə fəaliyyət göstərən təşkilat və müəssisələrin şəxsi avtomobilləri ilə hərəkətlərinə icazə verilmiş əməkdaşları onlara verilmiş bu imtiyazdan sui-istifadə edərək sərtləşdirilmiş rejim günlərindən öncə paytaxtı tərk edərək respublikanın müxtəlif regionlarına getməyə cəhd ediblər.

Həmin şəxslərin müəyyən edilərək barələrində qanunauyğun müvafiq tədbirlər görülməsi üçün araşdırmalar aparılır.

Xəbər lenti
0