Bruks saxlanma zamanı polis zabitlərinin əlindən elektroşokeri alıb qaçmağa cəhd edib, nəticədə isə polis tərəfindən yaralanıb.
Daha sonra Bruks hospitalda həyatını dəyişib. Etiraz edənlər şəhər mərkəzində şosseni bağlayıb və insidentin baş verdiyi Wendy’s restoranını yandırıblar.
ABŞ-da bir neçə həftədir etirazlar səngimir. Birinci dalğa Minneapolisdə afroamerikalı Corc Floydun saxlanılan zaman polis tərəfindən öldürülməsindən sonra başlamışdı. O zaman ABŞ və dünyanın onlarla iri şəhərində nümayişlər keçirildi. Bir çox yerdə isə onlar iğtişaş və polislə qarşıdurmaya qədər böyüdü.