CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hər işə əl atdılar: sərt karantinin qoçaqları - FOTO

Abunə olmaq
"ASAN xidmət"in 108 Çağrı Mərkəzi sərtləşdirilmiş karantin rejimində vətəndaşlara xüsusi xidmətlər göstərib.

BAKI, 16 iyun — Sputnik. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar bir sıra məhdudiyyətlər tətbiq edilib. Sputnik Azərbaycan xəbər verir ki, məhdudiyyətlərin tətbiq edildiyi müddətdə siyahısı TƏBİB publik hüquqi şəxs tərəfindən təqdim olunmuş 200-dən çox dializ xəstəsinin "ASAN xidmət"in 108 Çağrı Mərkəzi vasitəsilə müvafiq tibb müəssisələrinə çatdırılması təmin edilib.

ASAN könüllülərinin iştirakı ilə həmin şəxslər "Baku-Taxi" şirkətinin xüsusi avtomobilləri vasitəsilə aidiyyəti tibb müəssisələrinə aparılıb və geri qaytarılıblar.

Bundan əlavə, təcili yardımın, kommunal xidmətlərin (işıq, su, qaz, lift xidmətləri) qaynar xətlərinə müraciət etməkdə və digər zəruri təxirəsalınmaz hallarla bağlı çətinlik çəkən 1650-yə yaxın vətəndaş 108 Çağrı Mərkəzinə zəng vurmaqla zəruri xidmət sahələri ilə əlaqələndiriliblər.

Xəbər lenti
0