BAKI, 15 iyun — Sputnik. Şəkinin Vərəzət kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sputnik Azərbaycan xəbər verir ki, Şəki sakini Şirxan Mikayılovun idarə etdiyi minik avtomobili ilə Elçin Məmmədova məxsus yük maşını toqquşub.
Qəza nəticəsində minik avtomobilində olan 19 yaşlı sərnişin Həsən Əhmədov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Yaralı dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həsən Əhmədova açıq kəllə-beyin travması diaqnozu qoyulub. 19 yaşlı gənc komaya düşdüyündən dərhal reanimasiya şöbəsinə yerləşdirilib.
Qəza zamanı avtomobildə olan daha dörd nəfər yüngül xəsarət alıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Xəsarət alan beş nəfərin hamısı rayonun Baş Zəyzid kəndinin sakinləridir.
Faktla bağlı araşdırma aparılır.