BAKI, 15 iyun – Sputnik. “Eurovision 2021” Beynəxlaq Mahnı Müsabiqəsinin keçiriləcəyi tarix məlum olub.
Sputnik Azərbaycan-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yarımfinal mayın 18 və 20-də, final isə 22-də keçiriləcək.
Müsabiqə gələn il Rotterdam şəhərində təşkil olunacaq.
“Eurovision” Beynəlxalq Musiqi Müsabiqəsinin şərtlərinə görə, bu ilin mahnıları 2021-də təqdim eilə bilməz.
Qeyd edək ki, “Eurovison 2020” Beynəxlaq Musiqi Müsabiqəsi koronavirus pandemiyasına görə bu il təxirə salınıb.