BAKI, 14 iyun — Sputnik. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunda Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub.
Sputnik Azərbaycan FHN-in saytına istinadən bildirir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri aparılır.
Qeyd edək ki, iyunun 11-də də su anbarının ətrafında quru ot yanmağa başlamış, söndürülməsi üçün iki helikopter cəlb edilsə də ancaq sabahı gün FHN buna nail ola bilmişdi.