BAKI, 14 iyun — Sputnik. Ağstafa rayonunda qətl törədilib.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.
Kənd sakini, 1991-ci il təvəllüdlü Heydərov Tural Misir oğlu küçədə səs-küy salıb. Bu zaman qonşusu, 1977-ci il təvəllüdlü Şəmilov Hürriyyət Qavrel oğlu ona iradını bildirib. Hər iki şəxs arasında mübahisə yaranıb. Nəticədə Tural Heydərov Hürriyyət Şəmilovun boğaz nahiyəsindən bıçaqla vuraraq onu qətlə yetirib.
Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı Ağstafa rayon Prokurorluğunda cinayət işi başlanılıb.