Ermənistanda yenə ara qarışdı: polis müxalifət liderinin tərəfdarlarını həbs edir - VİDEO

© Sputnik / StringerПротесты в Армении
Протесты в Армении - Sputnik Azərbaycan
Abunə olmaq
“Çiçəklənən Ermənistan” partiyasından olan digər deputat Naira Zöhrabyan axtarışlar barədə məlumat verərək qeyd edib ki, MTX əməkdaşları partiyanın digər bir çox üzv və tərəfdarlarının evlərinə də baş çəkiblər

BAKI, 14 iyun — Sputnik. Ermənistan polisi Parlamentin “Çiçəklənən Ermənistan” partiyası fraksiyasının başçısı, iş adamı Qagik Tsaarukyanın tərəfdarlarını həbs etməyə başlayıb.

Sputnik Ermənistan xəbər verir ki, bu gün Tsarukyanın özünün evində polis axtrış aparıb.

Onun tərəfdarları isə deputatın sorğu-sual üçün gətirildiyi Milli Təhlükəsizlik Xidmətinin (MTX) binası ətrafına toplaşıblar. Polis bir neçə nəfəri zorla maşınlara mindirib. 89 nəfərin həbs edildiyi bildirilir.

MTX bu gün Tsarukyanın təsisçisi olduğu “Onira klab” şirkətinin fəaliyyəti ilə bağlı “şəxslərə, təşkilatlara və ya dövlətə külli miqdarda zərər vurmaqla əlaqəli qeyri-qanuni sahibkarlıq”, “yalan və ya etimaddan sui-istifadə yolu ilə xüsusilə külli miqdarda əmlaka ziyan vurulması” maddələri ilə cinayət işi açıldığını bildirib.

“Çiçəklənən Ermənistan” partiyasından olan digər deputat Naira Zöhrabyan axtarışlar barədə məlumat verərək qeyd edib ki, MTX əməkdaşları partiyanın digər bir çox üzv və tərəfdarlarının evlərinə də baş çəkiblər. Tsarukyan özü isə bu hadisələri özünə qarşı siyasi təzyiq adlandırıb.

İyunun 5-də partiyanın siyasi şurasında Tsarukyan təklif edib ki, hökumət 100%-lik tərkiblə dəyişdirilməlidir. Onun sözlərinə görə, hökumətdə təcrübəli adam yoxdur.

Liberal yönlü “Çiçəklənən Ermənistan” partiyasını Tsarukyan 2004-cü ildə yaradıb. Ölkənin hazırkı parlamentində bu partiya 132 mandatdan 25-nə sahibdir.

 

Xəbər lenti
0