İyunun 14-ü gecəyarıdan Bakı sərt sosial izolyasiya qaydalarına tabe edilib. Bu, insanların vacib səbəb olmadan olduqları yeri tərk etməsini qadağan eləyən ikinci “qapanma”dır.
Birinci “lokdaun” bir həftə öncə, iyunun 6-7-də oldu. Düzdür, indiki əvvəlkindən bir qədər fərqlənir – vətəndaşlara ev heyvanlarını gəzdirməyə və məişət tullantılarını atmağa (o da çox uzağa yox) icazə veriblər. Həmçinin həyat və sağlamlığına təhlükə olan insanlar, yaxud əzizlərinin dəfnində iştirak etmək istəyənlər istisnadır. Bu sərt tədbirləri Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə koronavirusun daha da geniş yayılmaması üçün görməyə məcburdur.
Bütün ticarət obyektləri bağlıdır, təcili yardım, xüsusi texnika və fəaliyyətinə icazə verilən digər xidməti avtomobillərdən başqa, istənilən növ nəqliyyat vasitəsinin hərəkəti yasaqlanıb.
Bakının boş küçə və prospektlərinin bugünkü durumunu Sputnik Azərbaycan-ın fotolentində izləyin.