Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Alimlər COVID-19-un yeni xəstəliyə səbəb olduğunu söyləyirlər

© Sputnik / Aleksandr Galperin / Mediabanka keçidГоспиталь COVID-19 № 122 им. Л. Г. Соколова
Госпиталь COVID-19  № 122 им. Л. Г. Соколова - Sputnik Azərbaycan
Abunə olmaq
Koronavirusun hüceyrələrə daxil olmasına cavabdeh olan ACE-2 zülalı qlükozanın metabolizmini təmin edən orqanlara təsir göstərir

BAKI, 14 iyun — Sputnik. Böyük Britaniyanın təhsil qurumlarından olan bir qrup alim araşdırma nəticəsində COVID-19-un yeni xəstəliyə səbəb olma riskini aşkar edib. Sputnik Azərbaycan bildirir ki, onların tədqiqatının nəticələri New England Journal of Medicine-də dərc olunub.

Alimlərin ortaya qoyduqları statistikaya görə, əgər xəstədə diabet varsa, o, koronavirusun fəsadlarını ağırlaşdırır. Eyni zamanda COVID-19 əvvəllər diabet xəstəliyi olmayan insanlarda onun yaranma riskini artırır.

Koronavirusun hüceyrələrə daxil olmasına cavabdeh olan ACE-2 zülalı qlükozanın metabolizmini təmin edən orqanlara təsir göstərir.

Tədqiqatçılar əlavə ediblər ki, koronavirusun diabet yaratması sualı hələ tədqiqat mərhələsindədir.

Xatırladaq ki, 2019-cu il dekabrın 31-də Çin hökuməti Uhan şəhərində pnevmoniyanın yayıldığı barədə Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Xəstəliyi törədən virusun SARS-CoV-2 yeni tip koronavirus olduğu təsbit olunub.

Martın 11-də ÜST koronavirus epidemiyasını pandemiya elan edib.

Xəbər lenti
0