Türkiyədən sərt bəyanat - "Twitter"i təbliğat maşını adlandırıldı

© AFP 2024 / OLIVIER DOULIERYЛоготипы приложений для социальных сетей на смартфоне, фото из архива
Логотипы приложений для социальных сетей на смартфоне, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Twitter" Çin, Rusiya və Türkiyədə 32 mindən artıq hesabı bağlayıb və təbliğat hesablarının reyestrinə daxil edib.

BAKI, 13 iyun — Sputnik. Ankara "Twitter" şirkətinin Türkiyədə 7 mindən artıq hesabı bağlamasından sonra sosial şəbəkəni təbliğat maşını olmasında günahlandırıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiyalar Departamentinin rəhbəri Fəxrəddin Altunun bəyanatında deyilir. 

"Twitter" Çin, Rusiya və Türkiyədə 32 mindən artıq hesabı bağlayıb və təbliğat hesablarının reyestrinə daxil edib.

"Bu "Twitter"in sadəcə sosial media şirkəti deyil, müəyyən siyasi və ideoloji meylləri olan təbliğat maşını olduğunu bir daha nümayiş etdirdi", - bəyanatda bildirilir.

​Altunun sözlərinə görə, bu hesabların Türkiyə prezidentini dəstəkləmək üçün nəzərdə tutulmuş və Türkiyə hökumətinin nəzarətində olan saxta hesablar olduğu haqqında fikirlər həqiqətə uyğun deyil.

"Biz şirkətə keçmişdə bu cür addımlar atmağa cəhd etmiş bir sıra təşkilatların taleyi barədə xatırlatmaq istərdik", - o, bildirib.

Türkiyə 2 il yarım ərzində "Wikipediya" internet ensiklopediyasını ölkədə bağlı saxlayıb. "Wikipedia" 2020-ci ilin yanvarında Türkiyə Konstitusiya Məhkəməsinin qərarına əsasən istifadə üçün açılıb. 2014-cü ilin martında Türkiyədə "YouTube" və "Twitter" müvəqqəti olaraq bağlanıb.

Xəbər lenti
0