Təhlükəli seçki! Pandemiya dövründə qutu başında

© AFP 2024 / VANO SHLAMOVГолосование на выборах президента в Грузии
Голосование на выборах президента в Грузии - Sputnik Azərbaycan
Abunə olmaq
Müzakirələr təkcə maska taxmaq, sosial məsafə saxlamaq istiqamətində deyil, digər amilləri də əhatə edir.

BAKI, 13 iyun — Sputnik. Seçki günü komissiyaların bütün nümayəndələri və seçicilər maskada olmalıdır. Sputnik Gürcüstan xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının mətbuat spikeri Anna Mikeladze məlumat verib.

Moskva şəhəri - Sputnik Azərbaycan
Kreml Moskva və Tbilisi arasında aviaəlaqənin bərpasına ümid edir

Parlament seçkiləri oktyabrın 31-də həyata keçiriləcək. Bu dövrdə Gürcüstanda koronavirus pandemiyasının ikinci dalğasının başlayacağı gözlənilir. Və həmin dövrdə qapalı məkanlarda maska taxmaq qaydası qüvvədə olacaq.

"Hər bir seçki məntəqəsində komissiya üzvlərinin maskada olacağı və sahələrdə əllərin dezinfeksiya edilməsi üçün vasitələrin olacağına qərar verilib. Bülletenlərə, zərflərə, siyahıya toxunan hər kəs əlcəkdə olmalıdır, seçicilər maska taxmalıdır" – deyə Mikaledze bildirib.

Onun sözlərinə görə, əgər ehtiyac olarsa, MSK bütün seçiciləri maska və məntəqələri dezinfeksiya vasitələri ilə təmin edəcək.

Ancaq hələ ki, bu qərar parlament tərəfindən qəbul edilməyib.

Partiyalar və QHT-lər hazırda seçki məntəqələrində şəffaf səsvermə prosesinə mane olmayacaq və təhlükəsizlik tədbirlərini təmin edəcək məsələlər üzərində müzakirələr aparır.

Müzakirələr təkcə maska taxmaq, sosial məsafə saxlamaq istiqamətində deyil, digər amilləri də əhatə edir.

Xəbər lenti
0