BAKI, 13 iyun — Sputnik, Kəmalə Əliyeva. Bakı Uşaq Teatrının "Günay" teatr-studiyasının aktyorları Böyük Vətən Müharibəsinin başa çatmasının 75 illiyinə həsr olunmuş çarxın təqdimatını keçiriblər. Bu barədə Sputnik Azərbaycan-a studiyanın rəhbəri, rejissoru, ssenaristi və musiqi tərtibatçısı Larisa Tarusova məlumat verib.
"Günay" teatrı öz layihəsi ilə müharibənin bütün qəhrəmanlarına təşəkkür edib və "Ölməz alay" aksiyasına qoşulub.
Çarxda müxtəlif yaşlı istedadlı gənc aktyorlar, o cümlədən Mahmud Hüseynov, Manisa Bağırova, Marina Zlata, Marina Milana, Veronika Slobodskaya, Artyom Baxoldin, Veronika Baxoldina, Alisa Lobanova, Zərifə Cəfərova, Riyad Hüseynov, Aylin Rüstəmli, İvan Telegin, Nigar Məmmədli, Ayan Kərimova, Əzizə Məhərrəmova, Məryəm İbrahimova, Teymur Nurullazadə, Musa Qardaşov, Murad Seyidzadə, Teymur Tağıyev və Emil Kərimov iştirak ediblər.
Çarxın rejissoru Larisa Tarusova olub.
Gənc aktyorlar rusiyalı şair Rəsul Həmzətovun Böyük Vətən Müharibəsinə həsr olunmuş şeirlərini oxuyublar.
"Günay" teatrının aktyorları müxtəlif respublika və beynəlxalq müsabiqələrin laureatıdır.