Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Problemli kreditlər ümumi kredit portfelinin neçə faizini təşkil edib?

© Sputnik / Murad OrujovПачки азербайджанских манатов, фото из архива
Пачки азербайджанских манатов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2020-ci il may ayının 1-nə 7758,0 milyon manat təşkil edib

BAKI, 13 iyun — Sputnik. Mərkəzi Bankın məlumatlarına görə, 2020-ci il may ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 15146,8 milyon manat təşkil edib, onun 12449,4 milyon manatı uzunmüddətli kreditlər olub.

Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 8,1 faizini təşkil edib.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2020-ci il may ayının 1-nə 7 milyard 758 milyon manat təşkil edib.

2020-ci ilin yanvar-may aylarında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 manata, 1 Avroya – 1,87 manata, 100 Rusiya rubluna – 2,5 manata bərabər olub.

Xəbər lenti
0