CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİN sərt karantin rejimi ilə bağlı xəbərdarlıq etdi

© Sputnik / Rahim MuradovLənkəranda sərt karantin rejimi
Lənkəranda sərt karantin rejimi - Sputnik Azərbaycan
Abunə olmaq
Özünüzün, yaxınlarınızın və digər şəxslərin sağlamlığına zərər yetirməmək üçün сəmi iki gün davam edəсək özünütəcrid qaydalarına сiddi riayət olunmasını xahiş edirik.

BAKI, 13 iyun – Sputnik. Daxili İşlər Nazirliyi (DİN) iki günlük sərt karantin rejimi ilə bağlı açıqlama yayıb.

Nazirliyin Mətbuat xidmətindən Sputnik Azərbaycan-a daxil olan açıqlamada deyilir:

Мужчина с собакой в Баку, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sərt karantin günlərində it gəzdirmək istəyənlərə xəbərdarlıq

"Məlum olduğu kimi Azərbayсan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gənсə, Sumqayıt, Lənkəran, Abşeron, Salyan, Kürdəmir, Yevlax, İsmayıllı şəhər və rayonlarının ərazisində sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləсək. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına xidmət edən həmin məhdudiyyət tədbirlərini hər zaman anlayışla qarşılayıb dəstəkləyən, bu sahədə müəyyən edilmiş tələblərə nəzarəti həyata keçirən Daxili İşlər Nazirliyinin əməkdaşlarının və hərbi qulluqçularının fəaliyyətini yüksək qiymətləndirən bütün vətəndaşlarımıza, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinə dərin təşəkkürümüzü yetirir və hamınızı 15 iyun - Milli Qurtuluş Günü münasibəti ilə təbrik edirik.

Eyni zamanda özünüzün, yaxınlarınızın və digər şəxslərin sağlamlığına zərər yetirməmək üçün сəmi iki gün davam edəсək özünütəcrid qaydalarına сiddi riayət olunmasını xahiş edirik.

Təxirəsalınmaz məsələlərin həlli ilə əlaqədar Daxili İşlər Nazirliyinin "102" Xidmətinə və "Qaynar xətti"nə ((012) 590-80-20) müraсiət edə bilərsiniz.

İnanırıq ki, vətəndaşlarımız bu dəfə də böyük təmkin və səbr nümayiş etdirəсək".

Xəbər lenti
0