CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aramızda "ölüm bombaları" dolaşır: iki həftə sonra partlaya bilər

© Sputnik / Murad OrujovБаку за день до ужесточения карантинного режима
Баку за день до ужесточения карантинного режима - Sputnik Azərbaycan
Abunə olmaq
"O xəstələr ki, hansı ki onlarda xəstəliyin heç bir əlaməti yoxdur, lakin nəticələri pozitiv çıxıb, bu şəxslər çox təhlükəlidirlər" - Adil Qeybulla

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 11 iyun — Sputnik. Artıq bir neçə həftədir ki, Azərbaycanda pandemiya ilə bağlı vəziyyət daha da gərginləşib. Ölkədə koronavirusla bağlı rəqəmlərin artması bunu deməyə əsas verir.

Госпиталь COVID-19 в ЦИТО им. Н. Н. Приорова, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Ölümlərin sayı azalmır: Azərbaycanda daha 336 nəfərdə koronavirus aşkarlandı

Lakin daha öncə, ölkədə sərt karantin qaydalarının hökm sürdüyü ərəfədə vəziyyət daha ürəkaçan idi. Gündəlik olaraq virusa yoluxma sayı da indiki rəqəmdən çox deyildi, təxminən 45-100 arasında dəyişilirdi. Mayın 4-dən karantin qaydalarının yumşaldılmasına başladıqdan sonra isə vəziyyət gərginləşdi.

 "Vəziyyətdən çıxış yolu kimi nə etməliyik?" sualı bu gün bizi daha çox düşündürür. Təkcə həftə sonları evdən çıxma qadağasının olması kifayət edirmi ki, vəziyyət qısa zamanda ələ alınsın? Bəs həftəiçi necə, qadağalar tətbiq etmək olarmı?

Tibb üzrə ekspert Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: “Vəziyyətin bu cür olmasının, ürəkaçan olmamasının səbəbi odur ki, insanlar karantin qaydaları yumşaldıqdan sonra deyilənlərə məhəl qoymadılar. Rəqəmlərin artımından sonra bizdə qonşu Türkiyənin təcrübəsini tətbiq etməyə çalışdılar. Amma Türkiyə ilə Azərbaycanı müqayisə etdikdə görərik ki, bizdən fərqli olaraq qardaş ölkədə işçi əhali kütləsinin sayı üstünlük təşkil edir. Azərbaycanda isə tamam əks mənzərəni görmək mümkündür".

"Türkiyədə əhalinin əksəriyyəti müəyyən işlə məşğuldursa, bizdə əhalinin əksəriyyəti işsizdir. Axşamtərəfi Milli Parka çıxsaz görərsiz ki, burada maskasız, heç bir sosial məsafə gözləməyən şəxslər digərləri ilə müqayisədə daha çox üstünlük təşkil edir. Bu mənzərə isə böyük yoluxma əmsalının ola biləcəyindən  xəbər verir. Bu səbəbdən də həftə sonları ilə bağlı verilmiş qərardan bir effekt gözləmirəm", - deyə həmsöhbətimiz əlavə edib.

A.Qeybulla deyir ki, maska taxılmasa və sosial məsafə gözlənilməsə, yoluxma sayında durmadan artım olacaq. Bu isə növbəti günlər üçün daha bədbin proqnozların olması deməkdir: "Karantin qaydaları yumşaldılmazdan qabaq insanlar arasında maarifləndirmə işləri, təlimatlanma aparılmalı idi. Daha sonra bu qərar verilməli idi. Beləcə insanlar karantin qaydalarının yumşaldılmasına da hazırlıqlı olmalı idilər. Artıq bu vəziyyəti geri qaytarmaq çətindir. Sadəcə olaraq vəziyyətdən çıxış yolu kimi maarifləndirmə işləri və sərt qaydalarını tətbiqini lazım bilirəm. Məsələn, bir müddət hökumət tərəfindən də ictimai nəqliyyatda pulsuz maskalar paylanıla bilər. Harasa getməli olan kasıb bir adamı cərimə eləmək yox, ona kömək etmək lazımdır".

Пациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии в Бразили, фото из архива  - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda gənc iş adamı COVID-19-dan vəfat edib

Ekspert deyir ki, deyilənlərə əməl olunmasa, rəqəmlər təxminən iki həftəyə 500-dən də yüksək olacaq: "İnsan mistik olan nələrəsə inanır və real olan bir şeyləri görməzdən gəlirsə, artıq onun intellektual düşüncəsinə şübhə etmək lazımdır. Xəstəxanada xəstələr yatır, 4 həkim rəhmətə gedib. Belə olan halda necə xəstəliyin varlığına inanmamaq, insanlar arasında maskasız rahat gəzmək olar? O xəstələr ki, hansı ki onlarda xəstəliyin heç bir əlaməti yoxdur, lakin nəticələri pozitiv çıxıb, bu şəxslər çox təhlükəlidirlər". 

Millət vəkili Naqif Həmzəyev də təklif irəli sürür. Sputnik Azərbaycan-a danışan millət vəkili yaranmış vəziyyətdən və bunun qarşısının alınması üçün yollardan danışır: "İnsanlar daha çox istirahət günlərində asudə vaxtlarını dəyərləndirmək üçün çölə çıxırlar. Belə olan halda sosial izolyasiya, tibbi maskalardan istifadə etmədiklərindən daha çox yoluxub-yoluxdururlar. Bu səbəbdən həftəsonları qadağanın olmasını dəstəkləyirəm. Amma yenə də düşünürəm ki, istənilən halda bu məlumat, yəni həftəsonları qadağanın olması haqda informasiya öncədən verilməlidir. Sonuncu qadağalar zamanı məlum oldu ki, insanlar aldıqları çörək və digər ərzaq məhsullarını istifadə etmədilər. Qida ehtiyatı ilə bağlı təşvişə düşməyə ehtiyac yoxdur. Çoxlu qida alıb israf etməyə əsas yoxdur".

“Lakin karantin qaydaları ilə bağlı pozuntuların sayı artarsa, vətəndaşlar deyilən tövsiyələrə əməl etməzsə, məncə, həftəiçi də müəyyən qadağalara getmək olar. Yaxud da bu qadağalar hansısa bölgələrə, şəhərlərə, rayonlara aid edilə bilər.

Düşünürəm ki, biz istənilən halda məsuliyyətli olmalı, təlimatlara maksimum dərəcədə əməl etməliyik. Lakin təəssüf ki, vətəndaşlarımız bu məsələdə həmrəylik nümayiş etdirmirlər, əksəriyyət maska isitfadə etmir, sosial məsafə isə nə market, nə ictimai nəqliyyat, nə də insanların çoxluq təşkil etdiyi digər yerlərdə qorunur”, - deyə millət vəkili əlavə edib.

Xəbər lenti
0