Ölkədə böhran var, bizim hamımız günahkarıq – Baş Nazir etiraf etdi

© Sputnik / Tabyildyi Kadyirbekov / Mediabanka keçidПремьер-министр Армении Никол Пашинян
Премьер-министр Армении Никол Пашинян - Sputnik Azərbaycan
Abunə olmaq
"Bunda bizim hamımız günahkarıq. Mən biz deyəndə, həm hökuməti, həm də xalqı nəzərdə tuturam" - Nikol Paşinyan

BAKI, 12 iyun — Sputnik. Ermənistan Baş Naziri Nikol Paşinyan ölkədə koronavirus infeksiyası barədə dezinformasiyaların mənbələrinin müəyyənləşdirilməsi üçün hüquq-mühafizə orqanlarına işçi qrup yaratmağı tapşırıb. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Məlumata əsasən, qrup xarici kəşfiyyat orqanlarının koronavirusla bağlı feyk məlumatlara aidliyinin olmasını müyyənləşdirməli və respublikada öz maraqları və ya kriminal maraqlara görə bu cür məlumatların maliyyələşməsini həyata keçirə biləcək dairələrin olub-olmamasını araşdırmalıdır.

Paşinyan eyni zamanda vurğulayıb ki, bir sıra adamlar Ermənistanda hökumətə inam böhranı yaratmaq istəyirlər.

Ermənistan Baş Naziri eyni zamanda koronavirusla bağlı ölkədə böhranın olduğunu da bildirib: "Bunda bizim hamımız günahkarıq. Mən biz deyəndə, həm hökuməti, həm də xalqı nəzərdə tuturam. Bizim hamımız epidemiya əleyhinə qaydalara riayət etməmişik. Mənim özüm də günahkaram, bunu koronavirusa yoluxmağım sübut edir".

Xəbər lenti
0