BAKI, 12 iyun — Sputnik. 2019-2020-ci tədris ilinin virtual "Son zəng"i yaddaşlardan uzun müddət silinməyəcək. Azərbaycanda orta məktəbləri bitirən XI sinif şagirdləri üçün virtual "Son zəng" keçirilir.
Virtual "Son zəng"də bütün bölgələrdəki məzunlar himn oxuyub. Eyni zamanda son 3 ayda "Dərs vaxtı"nda iştirak edən müəllimlər "Azərbaycanım" mahnısını ifa edirlər. Virtual "Son zəng" İctimai, "Mədəniyyət", "ARB24", "Real TV", eləcə də Təhsil Nazirliyinin Facebook səhifəsində yayımlanır.
Bu tədris ilinin məzunları üçün son zəng ötən illərdən fərqli olaraq Təhsil naziri Ceyhun Bayramov tərəfindən çalınıb.