CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Karantin günlərində polisə müqavimət göstərənləri bu cəza gözləyir

© Sputnik / Murad OrujovБаку за день до ужесточения карантинного режима
Баку за день до ужесточения карантинного режима - Sputnik Azərbaycan
Abunə olmaq
"Həmin şəxslər bölmədə qanunvericiliyin tələblərinə uyğun məsuliyyətə cəlb olunurlar" - Kamran Əliyev

BAKI, 12 iyun — Sputnik. "Karantin qaydalarını pozan şəxs əgər polisə müqavimət göstərirsə, qanunun tələblərinə uyğun olaraq həmin şəxs yaxınlıqdakı polis bölməsinə aparılır. Bölmədə qanunvericiliyin tələblərinə uyğun məsuliyyətə cəlb olunur".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, sərt karantin qaydalarını pozan şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. O deyib ki, sərt karantin elan olunan ərazilərdə hərəkətə nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunub: "İyunun 14-dən 16-dək sərt karantin elan olunan ərazilərdə mobil postlar da olacaq. Fəaliyyətinə icazə verilən şəxslərin hərəkətinə icazə veriləcək. Digərlərindən xahiş edirik ki, karantin günlərində evlərini tərk etməsinlər. Vətəndaşlar yalnız təcili yardım xidmətinə ehtiyacı olanda və yaxın qohumlarının dəfn mərasiminə getmək üçün Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verəndən sonra icazə əsasında evlərini tərk edə biləcəklər".

Xəbər lenti
0