CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu qurumların yenidən icazə almasına ehtiyac yoxdur

© Sputnik / Murad OrujovКонтроль за ситуацией в связи с эпидемиологической обстановкой в Баку
Контроль за ситуацией в связи с эпидемиологической обстановкой в Баку  - Sputnik Azərbaycan
Abunə olmaq
Xüsusi təxirəsalınmaz hallar yarandıqda müraciət etməyə imkan olmadıqda vətəndaş "108 Xidmət mərkəzi”ndən kömək istəyə bilər

BAKI, 12 iyun — Sputnik. Ötən həftə fəaliyyətinə icazə verilən qurumların icazəsi bu həftə də qüvvədə olacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib. O bildirib ki,  qurumlar mümkün qədər az əməkdaşı işə cəlb etməlidir: "Bu günə dövlət qurumları tərəfindən 210 minə yaxın icazə alınıb".

Ü.Mehdiyev həmçinin qeyd edib ki, sərt karantin günlərində təcili yardıma və kommunal xidmətlərin qaynar xəttinə düşə bilmədikdə vətəndaşlar “108 Xidmət mərkəzi”nə zəng edə bilərlər. Həmin şəxslərin müraciəti aidiyyatı qurumlara yönəldiləcək: "Xüsusi təxirəsalınmaz hallar yarandıqda müraciət etməyə imkan olmadıqda vətəndaş "108 Xidmət mərkəzi”ndən kömək istəyə bilər. Əgər kiminsə valideyni tək yaşayırsa və övladları onunla telefon əlaqəsi yarada bilmirsə, kömək ala bilər”.

Xəbər lenti
0