BAKI, 12 iyun — Sputnik. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov vəzifəsindən azad edilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə Eldar Sultanov tutduğu vəzifədən azad edilərək Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi vəzifəsinə təyin edilib.
E.Sultanov 2008-ci ildən Baş Prokurorluğun Mətbuat xidmətinə rəhbərlik edib. Bu müddət ərzində o, KİV-lə qarşılıqlı münasibətlərin daha da yaxşılaşmasına və yüksək əməkdaşlığa nail ola bilib.
Baş Prokurorluğun mətbuat xidmətinə yeni rəhbər təyinatı olub. Baş prokuror Kamran Əliyev müvafiq əmri ilə Günay Səlimzadəyə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri vəzifəsinin icrası həvalə edilib.