BAKI, 12 iyun — Sputnik. Bu gün Xalq artisti, Prezident təqaüdçüsü Teymur Mustafayev dəfn olunub.
Oxu.az-ın məlumatına görə, Xalq artisti dəfn olunan zaman kütləvi toplaşma qeydə alınıb.
Bu barədə görüntülər yayılıb. Dəfndə sosial məsafənin qorunmayıb və COVID-19-dan ölənlərin torpağa tapşırılması proseduru pozulub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev Oxu.az-a açıqlamasında bildirib ki, dəfnin izdihamlı keçirilməməsi üçün polis tərəfindən tədbirlər görülüb:
"Orada 15-20 nəfərə yaxın şəxs iştirak edib. Onlar Xalq artistinin cənazəsinin məzara qoyulan zaman orada olublar".