CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisin iclası başlayıb

© Sputnik / Murad OrujovЗдание Милли Меджлиса
Здание Милли Меджлиса - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə ediləcək

 

BAKI, 12 iyun — Sputnik. Bu gün Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilir.

Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 7 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

2. "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

4. Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

5. "Sanitariya-epidemioloji salamatlıq haqqında", "Yerin təki haqqında" və "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

6. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" və "Reklam haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

7. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

Xəbər lenti
0