CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vüqar Qurbanov: "Xəstəxanalara müraciətlər kifayət qədər çoxdur"

Abunə olmaq
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyir ki, ən çox müraciətlər Mingəçevir, Yevlax, Quba və Zaqatalada qeydə alınıb
Vüqar Qurbanov: “Xəstəxanalara müraciətlər kifayət qədər çoxdur”

“900 mindən çox vətəndaş icbari tibbi sığorta xidmətlərindən istifadə edib. Onların istifadə etdiyi xidmət sayı 4 milyondan çoxdur”. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib.

“Bu müəssisələr arasında ən çox müraciət olunan Mingəçevir şəhər Mərkəzi Xəstəxanası, Yevlax rayon Mərkəzi Xəstəxanası, Quba rayon Mərkəzi Xəstəxanası, Zaqatala Mərkəzi Xəstəxanasıdır. Bu xəstəxanalara müraciətlər kifayət qədər çoxdur. Dəyəri yüksək, həyati vacib əməliyyatlar da bu müddət ərzində həyata keçirilir ki, onlar əsasən kardioloji, oftalmoloji və travmatoloji xidmətlərdir. Bu xidmətlər üzrə əməliyyat sayı 1000-dən çoxdur”, – deyə departament rəhbəri bildirib.

Vüqar Qurbanovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

Xəbər lenti
0