“Hal-hazırda biz əyani mərhələni keçirməliyik. Amma təssüf ki, bu mümkün deyil”. Sputnik Azərbaycan xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev deyib.
“Yəqin ki, operativ qərargah icazə verəndən sonra növbəti əyani mərhələnin keçirilməsinə başlayacağıq. Proses dayanmayıb. Biz 940 nəfərin müsahibəsinə psixoloqlarla, insan resursları ilə bir yerdə baxmışıq. Növbəti mərhələlər tamamilə hazırdı. Əgər operativ qərargah icazə versə ki, biz dərhal 1 həftə sonra müsabiqəni davam etdirəcəyik. Yəqin ki, bu icazə olandan sonra təxminən 1 ay, ay yarım müddətində biz müsabiqəni tamamilə bitirməyi planlayırıq” – deyə Fərhad Hacıyev bildirib.
Qeyd edək ki, Müsabiqənin final mərhələsi yekunlaşdıqda 20 nəfərqalib müəyyən ediləcək. Qaliblər 20 min manat dəyərində qrant almaqla yanaşı, adlarını kadr ehtiyat bazasına daxil etmək imkanı qazanacaqlar.
Fərhad Hacıyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz