SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rusiya Günü, pandemiya, Bakı ilə münasibətlər - səfir Boçarnikov mətbuat konfransı keçirib

© Sputnik / Vladimir Fedorenko / Mediabanka keçidНациональные флаги России и Азербайджана на фоне фасада одной из башен Башни Пламени (Flame Towers) в Баку
Национальные флаги России и Азербайджана на фоне фасада одной из башен Башни Пламени (Flame Towers) в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Rusiya Günü ərəfəsində ən vacib sualları, o cümlədən ikitərəfli münasibətlərə aid sualları cavablandırıb

BAKI, 11 iyun — Sputnik, Aleksandra Zuyeva. Azərbaycanın COVID-19 ilə mübarizədə həyata keçirdiyi daxili tədbirlər öz müsbət nəticələrini verməkdədir. Bunun sübutu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən verilən yüksək qiymətdir.

Sputnik Azərbaycan bildirir ki, bunu Rusiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Mixail Boçarnikov Rusiya Gününə həsr olunmuş mətbuat konfransında deyib.

© Sputnik / Murad OrujovRusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransı zamanı
Rusiya Günü, pandemiya, Bakı ilə münasibətlər - səfir Boçarnikov mətbuat konfransı keçirib - Sputnik Azərbaycan
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransı zamanı

Rusiya tarixində dönüş nöqtəsi olmuş hadisələrlə bağlı bayram

İyunun 12-də Rusiya Gününün qeyd olunduğunu xatırladan diplomat deyib ki, bu gün Rusiya xalqı öz Vətəninə – minillik tarixə və nadir irsə malik olan ölkəyə öz ehtiramını bildirir. Onun sözlərinə görə, iyunun 12-də ölkəsinin tarixində zamanın tələbi olan, lakin dövlət və xalq üçün çox çətin, bəzən isə hətta dramatik olmuş köklü dəyişikliklərin başlanğıcı qeyd edilir.

"Bu bayram Rusiya dövlətinin ən yeni tarixində dönüş nöqtəsi olmuş hadisələr, siyasi və iqtisadi sahələrdə fundamental dəyişikliklər, cəmiyyətin mənəvi həyatında köklü dəyişikliklər, dəyərlər sistemində dəyişikliklər ilə bağlıdır", - deyən Boçarnikov əlavə edib ki, yenilənmiş Rusiyanın mövcudluğu dövründə yaradılmış nəhəng ehtiyatlar dövlətin sabitliyini artırır.

Rusiyanın hüquqi sosial dövlət kimi daha da inkişaf etməsi üçün yanvarın 15-də Prezident Vladimir Putin Federal Məclisə illik müraciəti zamanı Rusiya Federasiyası Konstitusiyasına bir sıra dəyişikliklər təklif edib. Səfir xatırladıb ki, iyulun 1-i bu dəyişikliklərin təsdiqi ilə bağlı ümumrusiya səsverməsinin keçiriləcəyi tarix elan edilib.

© Sputnik / Murad OrujovRusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransı zamanı
Rusiya Günü, pandemiya, Bakı ilə münasibətlər - səfir Boçarnikov mətbuat konfransı keçirib - Sputnik Azərbaycan
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransı zamanı

Boçarnikov Rusiyanın suveren dövlət olduğuna və belə qalacağına şübhə etmir: Rusiya xalqının suverenliyi qeyd-şərtsiz olmalıdır. O vurğulayıb ki, Rusiya ilə münasibətlər qurmaq ən çətin məsələlərdə ona şərtləri diktə etməyə cəhd göstərmək deyil, birgə razılaşmalar tapmaq deməkdir.

Rusiya heç kimi təhdid etmir və öz iradəsini yeritməyə çalışmır

Diplomat bildirib ki, Rusiya bütün maraqlı tərəfdaşlarla əməkdaşlığı möhkəmləndirmək üçün açıqdır: heç kimi təhdid etmir və öz iradəsini yeritməyə çalışmır, lakin bununla yanaşı, öz milli maraqlarını qətiyyətlə müdafiə edir.

"Rusiyanın xarici siyasətinin prioritetləri şəffafdır: etimadın möhkəmləndirilməsi, bütün dünya üçün ümumi təhlükələrə qarşı mübarizə, iqtisadiyyat, ticarət, təhsil, mədəniyyət, elm və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsi, insanlar arasında ünsiyyət üçün maneələrin aradan qaldırılması", - səfir deyib. O əlavə edib ki, Rusiya siyasi-diplomatik alətlərin bütün arsenalından və öz beynəlxalq nüfuzundan istifadə edərək, dünyada münasibətlərin BMT yönümlü xarakterini möhkəmləndirməyə çalışır.

Boçarnikovun sözlərinə görə, xüsusilə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünə bu təşkilatın nizamnaməsində ayrılmış rolu nəzərə alaraq, Putin ilin əvvəlində BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin dövlət və hökumət başçılarının sammitinin keçirilməsi təşəbbüsünü irəli sürüb.

© Sputnik / Murad OrujovRusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransı zamanı
Rusiya Günü, pandemiya, Bakı ilə münasibətlər - səfir Boçarnikov mətbuat konfransı keçirib - Sputnik Azərbaycan
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransı zamanı

Orada yüksək səviyyədə həll olunmasını tələb edən məsələlərin bütün kompleksi, o cümlədən etimad tədbirlərinin gücləndirilməsi və hərbi təhlükənin azaldılması, eləcə də dünyada təhlükəsizliklə bağlı bütün sahələrin problemlərinin həlli məsələləri nəzərdən keçirilməlidir. O qeyd edib ki, "beşlik" liderləri təşəbbüsü dəstəkləyiblər.

Rusiyalılar və azərbaycanlılar çiyin-çiyinə dayanıblar

2020-ci ildə BMT-nin yaranmasının 75 illiyinin qeyd edildiyini xatırladan diplomat bu hadisənin, ilk növbədə, İkinci Dünya müharibəsində faşizm üzərində qələbə sayəsində mümkün olduğunu bildirib: MDB-də bu il böyük Qələbə ili elan edilib, Birlik ölkələrinin əksəriyyətində isə artıq 9 May - Qələbə Günü münasibətilə tədbirlər keçirilib.

Səfir Qələbə həqiqətlərini müdafiə etmək, onun müqəddəs irsini qoruyub saxlamaq, tarixi dəyişmək cəhdlərinə qarşı mübarizə səylərində rusiyalıların və azərbaycanlıların çiyin-çiyinə dayanmasından məmnun olduğunu bildirib.

Azərbaycanın ümumi qələbəyə verdiyi töhfələr yaxşı məlumdur, Böyük Vətən müharibəsi veteranları isə Azərbaycanda dövlətin böyük dəstəyindən yararlanırlar. Diplomat qeyd edib ki, hər il mayın 9-da Azərbaycan Prezidenti İlham Əliyev Qələbəni qazanmış qəhrəmanların xatirəsinə şəxsən ehtiramını bildirir, bayramın özü isə respublikada dövlət statusuna malikdir.

© Sputnik / Murad OrujovRusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransı zamanı
Rusiya Günü, pandemiya, Bakı ilə münasibətlər - səfir Boçarnikov mətbuat konfransı keçirib - Sputnik Azərbaycan
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransı zamanı

"Ümumi tarixin bu müqəddəs gününə belə həssas münasibət digər ölkələrə, xüsusilə faşist işğalçılarından birgə səylərimizlə azad etdiyimiz ölkələrə nümunə ola bilər", - deyən Boçarnikov iyunun 24-də Böyük Vətən Müharibəsində Qələbənin və Qələbə Paradının 75-ci ildönümünün qeyd olunması üçün Moskvada təntənəli hərbi paradın keçiriləcəyini bildirib.

Diplomatın fikrincə, Rusiyaya dost olan Azərbaycanda rus dilinə xüsusi diqqətin yetirilməsi də təqdirə layiqdir. Rus dilinin Azərbaycanda necə populyar olduğu və onu öyrənmək istəyənlərin hamısına ən yüksək səviyyədə dəstək verildiyi Rusiya tərəfinə yaxşı məlumdur. O deyib ki, buna görə rusiyalılar Azərbaycan rəhbərliyinə minnətdardırlar.

Rusiya tərəfi Azərbaycan rəhbərliyinin mövqeyini bölüşür

COVID-19 pandemiyasına toxunan səfir qeyd edib ki, yaranmış vəziyyət Rusiyanın fəlakətin öhdəsindən gəlmək üçün səylərini səfərbər etmək bacarığını göstərib. Boçarnikovun sözlərinə görə, bu gün ölkədə infeksiyanın yayılmasının azalması ilə bağlı vəziyyət sabit müsbət dinamikanı nümayiş etdirir: getdikcə daha çox məhdudiyyətlər aradan qaldırılır. Rusiyanın əczaçılıq sənayesi bu xəstəliyin müalicəsi üçün ilk dərmanları yaradıb və ümid var ki, tezliklə vaksin də əldə ediləcək.

© Sputnik / Murad OrujovRusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransı zamanı
Rusiya Günü, pandemiya, Bakı ilə münasibətlər - səfir Boçarnikov mətbuat konfransı keçirib - Sputnik Azərbaycan
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransı zamanı

Azərbaycan haqqında danışan Boçarnikov əminliklə bəyan edib ki, Azərbaycan rəhbərliyinin koronavirusa qarşı mübarizədə həyata keçirdiyi daxili tədbirlər artıq öz müsbət nəticələrini verməkdədir. Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən verilən yüksək qiymət buna sübutdur.

Qlobal tədbirlərə gəlincə isə səfir xatırladıb ki, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayda videokonfrans vasitəsilə "COVID-19-a qarşı birlikdəyik" mövzusunda zirvə görüşü keçirilib.

Boçarnikov qeyd edib ki, görüşdə Azərbaycan lideri Qoşulmama Hərəkatına üzv ölkələrin təşəbbüsü ilə BMT Baş Assambleyasında dövlət və hökumət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş xüsusi sessiyanın keçirilməsi təklifini irəli sürüb.

"Rusiya tərəfi Azərbaycan rəhbərliyinin mövqeyini bölüşür", - diplomat qeyd edib.

© Sputnik / Murad OrujovRusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransı zamanı
Rusiya Günü, pandemiya, Bakı ilə münasibətlər - səfir Boçarnikov mətbuat konfransı keçirib - Sputnik Azərbaycan
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransı zamanı

Azərbaycanda gəzintilərə qadağa qoyulmasını həssaslıqla qəbul etdim

Azərbaycanda pandemiya dövründə hansısa çətinliklərlə üzləşib-üzləşmədiyinə dair Sputnik Azərbaycan-ın sualını cavablandıran Boçarnikov diplomatiyanın bilavasitə ünsiyyət sənəti olduğunu xatırladıb. Bununla əlaqədar olaraq, distant rejimdə etibarlı danışıqlar aparmaq bir qədər çətin olub.

Eyni zamanda, səfir nə özünün, nə də səfirliyin işinin bir gün belə dayanmadığını vurğulayıb. Şəxsi əlaqələrin çətinləşdiyi dövrdə də uzaqdan ünsiyyət qurulub. İndi isə şəxsi əlaqələr bir qədər asanlaşıb - müəyyən sanitariya normalarına riayət etməklə artıq ünsiyyət qurmaq imkanı var.

© Sputnik / Murad OrujovRusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransı zamanı
Rusiya Günü, pandemiya, Bakı ilə münasibətlər - səfir Boçarnikov mətbuat konfransı keçirib - Sputnik Azərbaycan
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransı zamanı

"Şəxsi planda isə, ölkədə park və bulvarlarda gəzintilərin qadağan edilməsini çox həssaslıqla qəbul etdim. Təəssüflənirdim ki, bunu etmək olmaz. Amma indi vəziyyət dəyişib, bu məhdudiyyətlər aradan qaldırılıb. Mən də vaxtım və gücüm daxilində bu imkanlardan istifadə etməyə çalışıram", - deyən diplomat Azərbaycan hökumətinin və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə diqqətlə qulaq asdığını bildirib.

Çıxışının sonunda Boçarnikov bütün Azərbaycan xalqına, eləcə də Azərbaycanda yaşayan rusiyalılara cansağlığı, sülh, xeyirxahlıq, xoşbəxtlik və firavanlıq arzulayıb.

Xəbər lenti
0