CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qaxda müəmmalı intihar: öncə namaz qılıb, yeni paltarlarını geydi...

© Sputnik / Murad OrujovСуицид, постановочное фото
Суицид, постановочное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Mərhumun qohumlarının sözlərinə görə, N.Yusifov intihardan əvvəl özünə aldığı təzə paltarları geyinib, 20 rükət namaz qılıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI,  11  iyun — Sputnik. Qax rayonunda intihar hadisəsi olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə rayonun Almalı kəndində baş verib.

Kənd sakini Nofəl Məzahir oğlu Yusifov bu gün özünü yaşadığı evin həyətyanı sahəsində gavalı ağacından asaraq intihar edib. Mərhumun meyitini anası aşkar edib. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, N.Yusifov 3 il öncə, toyuna bir neçə gün qalmış sirkə turşusu içərək intihara cəhd etmişidi. Həmin vaxt anasının müdaxiləsi ilə intaharın qarşısı alınmışdı.

Mərhumun qohumlarının sözlərinə görə, N.Yusifov intihardan əvvəl özünə aldığı təzə paltarları geyinib, 20 rükət namaz qılıb.

Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.

Mərhum ailəli idi, bir övladı qalır.

Xəbər lenti
0