CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qarabağlılar Kann Festivalının təşkilatçılarına etiraz edirlər

© AFP 2024 / CHRISTOPHE SIMONСотрудники устанавливают красную ковровую дорожку в Каннах, фото из архива
Сотрудники устанавливают красную ковровую дорожку в Каннах, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Filmdə göstərilən Xocalı Aeroportu Azərbaycana məxsusdur və işğaldan sonra Ermənistan tərəfindən qeyri-qanuni olaraq bərpa olunub

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 11 iyun — Sputnik. Azərbaycanın Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Kann Festivalının təşkilatçılarına etiraz məktubu göndərib.

Bu barədə Sputnik Azərbaycan-a icmadan məlumat verilib.

Şuşa, arxiv şəkli - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Qarabağın qapısını açmaq istəyənlərin "Açar"ı: hər azərbaycanlının qəlbi sızlayacaq

Məktubda Dağlıq Qarabağın azərbaycanlı icmasının ermənilərin Kann Festivalına təqdim olunmaq üçün çəkdiyi "Əgər külək olsa" (Si le vent tombe) filminin yayımlanmasına etirazı yer alıb. Qeyd olunub ki, sözügedən film Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz olaraq çəkilib.

Məktubda vurğulanıb ki, filmdə göstərilən Xocalı Aeroportu Azərbaycana məxsusdur və işğaldan sonra Ermənistan tərəfindən qeyri-qanuni olaraq bərpa olunub. Eyni zamanda festival təşkilatçılarına Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğal edilməsi, bir milyondan çox insanın öz yurdundan didərgin düşməsi və bu insanların 30 ilə yaxındır öz evlərinə qayıda bilməməsi haqda da məlumatlar yer alıb.

Sonda ədalətin bərpa olunmasına, münaqişənin həllində sülhyönümlü nəticə əldə etmək üçün festival təşkilatçıları tərəfindən səy göstəriləcəyinə ümid ifadə olunub.

Xəbər lenti
0