CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirus suyumuza da əl qoydu: rejim düzəlməsə, çox pis olacaq

© Sputnik / Elvin AhmadВодопроводный кран, фото из архива
Водопроводный кран, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu ilin iyun ayının birinci 10 günlüyündə ötən ilinin birinci öngünlüyü ilə müqayisədə əhali tərəfindən istehlak olunan suyun həcmi 38 faiz artıb. Bu ciddi artım xətlərin yüklənməsi və hidravlik rejimlərin pozulmasına səbəb olub

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 11 iyun — Sputnik. Son zamanlar iqlim dəyişmələri ilə bağlı bütün dünyada, eləcə də Azərbaycanda yağıntıların miqdarı azalıb. Bu azalma isə özünü su qıtlığı ilə büruzə verir.

Azərbaycanın ən böyük su ehtiyatı Mingəçevir su anbarına yığılır. Bu gün yağıntıların olmaması səbəbilə Mingəçevir su anbarında suyun səviyyəsi yarıbayarı azalıb.

Xırdalanda narazı sakinlər - Sputnik Azərbaycan
CƏMİYYƏT
Pandemiya və susuzluq. Xırdalanda bu ərazi karantinə alınacaq?

Su qıtlığı özünü əsasən yay aylarında büruzə verir. Məsələn, bu gün Bakının Əhmədli, Günəşli qəsəbələrində, Xırdalan, Sumqayıt şəhərlərində və s. bu kimi ərazilərdə su qıtlığı yaşanır, əhali əziyyət çəkir.

Təkcə içməli su üçün deyil, suvarma sularının azalması da müşahidə edilir.

Mütəxəssislərə görə, su qıtlığına səbəb qlobal istiləşmədir.

Ekoloq Araz Ağayev bildirib ki, Azərbaycanın su ehtiyatlarının 70 faizi xarici mənbələrdən formalaşır: "Yəni su ehtiyatlarının cəmi 30 faizi Azərbaycanın özündədir. Yağıntılar az olduğu üçün su ehtiyatları azalıb. Bu özünü Volqa çayında da göstərir. Su ehtiyatı azalırsa, sudan səmərəli istifadə gündəmə gəlir".

Ekoloqun fikrincə, əvvəllər ölkədə su qıtlığı müşahidə edilməyib. Yəni belə problemlər son illər özünü daha çox büruzə verir.

"Su ehtiyatının azalması hansısa qurumun problemi deyil. Yəni bu problem üçün cəmiyət, millət olaraq əl-ələ verib çalışmalıyıq. Sudan səmərəli istifadə edilməlidir. Və alternativlər axtarılmalıdır. Məsələn, kənd yerlərində vətəndaşlar quyu suyundan istifadə edə bilirlər. Amma şəhərdə bu mümkün olmur", - deyən A.Ağayev vurğulayıb ki, su ehtiyatlarından daha səmərəli istifadə etmək, itkilərin qarşısını almaq üçün sudan qənaətlə istifadəyə imkan verən müasir texnologiyaların daha geniş tətbiqinə ehtiyac var.

Ekoloq Xəzərin suyunun duzsuzlaşdırılması məsələsinə də toxunub. O bildirib ki, duzsuzlaşdırılmış sudan hələ ki, suvarma sahəsində istifadə etmək olar.

"Azəru" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, iyun ayının əvvəllərində havaların istiləşməsi, pandemiya ilə əlaqəli insanların evdə qalması, bağ mövsümünün daha tez başlaması içməli suya tələbatı kəskin artırıb.

Водопроводный кран, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda bu kəndlər susuz qaldı - Maşınla su verilir

"Bu ilin iyun ayının birinci 10 günlüyündə ötən ilinin birinci öngünlüyü ilə müqayisədə əhali tərəfindən istehlak olunan suyun həcmi təxminən 38 faiz artıb. Və bu ciddi artım xətlərin yüklənməsi və hidravlik rejimlərin pozulmasına səbəb olub. Hidravlik rejimlərin pozulması bəzi ərazilərdə içməli suyun verilməsində fasilələrin uzanması, qrafiklərin pozulması və təzyiqin aşağı düşməsi kimi hallara səbəb olur. Abşeron, Suraxanı, Xəzər, Sabunçu və Xətai rayonun bəzi ərazilərində bu kimi problemlərlə qarşılaşırıq".

A.Cəbrayıllı vurğulayıb ki, artıq qurumun əməkdaşları yeni rejimlərin hazırlanması ilə məşğul olur. Yaranmış müvəqqəti çətinliklərin aradan qaldırılması üçün müvafiq işlər görülür.

Onun sözlərinə görə, iyun ayı hər zaman rejimlərin kəskin dəyişməsi ilə müşahidə edilib. Amma bu il pandemiya ilə bağlı çox istifadə edilmə rejim dəyişikliklərində özünü sərt göstərib.

"Buna baxmayaraq, bəzi ərazilərdə rejimlər qaydasına salınıb. Bu gün Bakıətrafı qəsəbələrdə mövcud şəbəkələrin böyük bir hissəsi insanlar tərəfindən primitiv qaydada çəkilmiş və tikinti normalarına cavab verən şəbəkələrdir. Bunların özü də su təchizatında bizim üçün problem yaradır.

Həmin insanlar payız, qış, yaz aylarında çox rahat şəkildə su ala bildikləri halda rejim dəyişiklikləri dövründə bizim sistemin yüklənməsi dövründə su almaqda çətinliklər yaşayırlar. Bu kimi problemlərin aradan qaldırılması ilə bağlı mütəxəssislər tərəfindən işlər görülür. Qarşıdakı günlərdə suyun verilməsi ilə bağlı stabilləşmə əldə ediləcək".

"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin əməkdaşı Dilqəm Şərifovun sözlərinə görə, su qıtlığının bir neçə səbəbi var: "Yağıntı miqdarının az olması səbəbilə çaylarda suyun miqdarı az olur. Əsas çaylar Kür və Arazdır. Onlar da əsas mənbəyini Türkiyə və Gürcütandan götürür. Bu ölkələrə bol yağıntılar olmalıdır ki, digər paylayıcı kanallar da bundan lazımi qədər qidalansın".

O qeyd edib ki, havaların isti keçməsi, quraqlıq su qıtlığına səbəb olur.

"Hazırda dünyada qlobal istiləşmə gedir. Bu Azərbaycana da sirayət edir. Azərbaycanda bu özünü su qıtlığı ilə göstərir", - deyən D.Şərifov bildirib ki, bir müddət əvvəl ölkə başçısı da suyun qənaətlə istifadə edilməsi ilə bağlı qərar verib.

Hazırda sudan səmərəli istifadə ilə bağlı məsələlər müzakirə edilir. Vəziyyətdən üzüağ çıxmaq üçün yollar axtarılır.

Qeyd edək ki, XX əsrin 80-ci illərinə olan hesablamalara görə, Azərbaycanın 30 kub kilometr su ehtiyatı olub. Bu suyun 20 kub kilometri tranzit axım - kənardan gələn sular hesabınadır. Azərbaycanın yerli su ehtiyatı isə 10 kub kilometrdir. Quraq illərdə bu ehtiyat azalaraq 7-8 kub kilometr olur.

Xəbər lenti
0