BAKI, 11 iyun – Sputnik. Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu "Amrah Bank" və “Atabank” ASC-lərin əmanətçilərinə 1-10 iyun tarixlərində 47,1 milyon manat kompensasiya ödəyib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Fonddan xəbər verilib.
Xatırladaq ki, kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.
“Əmanətlərin sığoratalanması haqqında” qanuna əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 1 il ərzində qəbul edir.