BAKI, 11 iyun — Sputnik. Beynəlxalq uçuşların bərpası ilə bağlı qaydalar hazırlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.
A.Məmmədov deyib ki, qaydalar baxılması üçün Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim olunub: "Qaydalar atıq təsdiq olunub. Uçuşların bərpası istiqamətində hazırlıqlara başlanılıb. Bilet satışını bərpa etmək üçün sərnişinlər məlumatlandırılmalıdır. Buna görə də xarici dövlətlərə müraciət etmişik. Artıq Ukrayna, Qırğızıstandan cavab gəlib. Biz onun üzərində işləyirik".
Arif Məmmədov həmçinin deyib ki, Azərbaycana 1 iyul tarixinə qədər beynəlxalq uçuşlar qadağandır.