CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda daha bir həkim COVID-19-a qurban getdi

© REUTERS / Maxim ShemetovПациент с COVİD-19, фото из архива
Пациент с COVİD-19, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün açıqlanan son məlumata görə, Azərbaycanda daha 352 nəfərdə koronavirusa yoluxma təsbit olunub. Gün 210 nəfər bu xəstəlikdən sağalaraq evə buraxılıb, 6 nəfər isə vəfat edib

BAKI, 11 iyun — Sputnik. Azərbaycanda daha bir həkim CODIV-19-dan dünyasını dəyişib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə həkim-endokrinoloq Yeganə Muradova sosial şəbəkədəki hesabında məlumat paylaşıb.

Vəfat edən həkimin travmatoloq-ortoped Mehman Hüseynov olduğu qeyd edilir.

Qeyd edək ki, bu gün açıqlanan son məlumata görə, Azərbaycanda daha 352 nəfərdə koronavirusa yoluxma təsbit olunub. Gün 210 nəfər bu xəstəlikdən sağalaraq evə buraxılıb, 6 nəfər isə vəfat edib. Hazırda aktiv xəstə satı 3844 nəfərdir.

Xəbər lenti
0