CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təzyiqə tab gətirmədilər: Avtobuslarda kondisionerin işləməsinə icazə verildi

Abunə olmaq
Sərinləndirmə sistemlərinin işlədilməsi mütəxəssislərin tövsiyə etdiyi qaydalar nəzərə alınmaqla həyata keçiriləcək

BAKI, 11 iyun — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsi TƏBİB-lə aparılan müzakirələrin nəticəsi olaraq avtobuslarda sərinləndirmə sistemlərinin işə salınmasına qərar verilib.

Автобус BakuBus - Sputnik Azərbaycan
CƏMİYYƏT
Paytaxtda daha bir marşrut xətti “BakuBus”a verilib

Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a bildirilib ki, sərinləndirmə sistemlərinin işlədilməsi mütəxəssislərin tövsiyə etdiyi qaydalar nəzərə alınmaqla həyata keçiriləcək.

Bununla bağlı daşıyıcı şirkətlərə də müvafiq tapşırıqlar verilib və mərhələ ilə sərinləndirmə sistemləri işə salınması təmin olunacaq. 

"Bir daha sərnişinlərimizə göstərdikləri anlayış üçün təşəkkür edirik. Həmçinin, bildiririk ki, nəqliyyat mübadilə mərkəzlərində, dayanacaqlarda və avtobuslarda maskadan istifadə qaydalarına mütləq şəkildə əməl olunmalıdır", - deyə məlumatda bildirilib.

Xəbər lenti
0