BAKI, 11 iyun — Sputnik. Birləşmiş Ştatlarda büdcə defisiti maliyyə ilinin səkkiz ayında 1,9 trilyon dollara qədər artıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir.
Məlumata əsasən, bu göstərici 2009-cu ildən bəri qeydə alınan rekorddan xeyli artıqdır. Belə ki, 2009-cu ildə bu göstərici 1,4 trilyon dollar olub.
May ayında bu göstərici 399 milyard dollar göstəricisinə çatıb ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 92 faiz çoxdur. Belə ki, bu ilin mayında ABŞ-da büdcə gəlirləri 25% - 173,8 milyard dollara qədər azalıb, xərclər isə 30% artaraq 572,6 milyard dollara çatıb.
Konqresin büdcə idarəsi hesablayıb ki, il ərzində ABŞ-da büdcə defisiti 4 trilyon dollara çatacaq.