BAKI, 9 iyun — Sputnik. Sumqayıtda əsasən Qubadlı, habelə işğal altındakı digər rayonlardan olan məcburi köçkünlərin məskunlaşdığı yaşayış binasında uçqun hadisəsi baş verib.
Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, hadisə 12-ci mikrorayonda qeydə alınıb. İlkin məlumata görə, binanın giriş hissəsi uçub. Nəticədə 1970-ci il təvəllüdlü İdrak Hüseynov və 1967-ci il təvəllüdlü Gülxanım Cəfərova xəsarət alıblar.
Hadisə zamanı dağıntılar altında daha 3 nəfərin qaldığı bildirilir. Əraziyə xilasedicilər cəlb ediliblər və hazırda təxliyə işləri aparılır. Bildirilir ki, ərazidən 4-ü azyaşlı olmaqla, 5 nəfər təxliyə olunub. Hadisə yerinə həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları və Qubadlı Rayon İcra Hakimiyyətinin nümayəndələri cəlb olunublar.