Milyonların sevimlisi yenə əməliyyat olunacaq

© © Action Images via REUTERS/Brandon MaloneMixail Şumaxer
Mixail Şumaxer - Sputnik Azərbaycan
Abunə olmaq
Məşhur idmançı buna bənzər proseduru hələ ötən ilin sentyabrında Paris xəstəxanalarından birində keçib.

BAKI, 10 iyun — Sputnik. "Formula-1" üzrə yeddiqat çempion Mixail Şumaxer yaxın günlərdə ürək toxumalarına kök hüceyrələrinin daxil edilməsi üzrə eksperimental əməliyyat keçirəcək. Bu barədə Sputnik Azərbaycan "GrandPX"-ə istinadən xəbər verir.

İdmançı buna bənzər proseduru hələ ötən ilin sentyabrında Paris xəstəxanlarından birində keçib. Əməliyyatın keçirilməsinə məqsəd idmançının sinir sisteminin bərpasıdır. Həkimlər qeyd edirlər ki, belə bir cərrahi müdaxilənin uğurla nəticələnəcəyinə zəmanət verə bilməzlər.

Qeyd edək ki, bu ilin yanvarın 4-də neyro-cərrah Nikola Aççari Şumaxerin durumunda dəyişikliklər barədə danışıb. Onun fikrincə, idmançının siması o dağ-xizək kurortunda xəsarət aldığı vaxtdan xeyli fərqlənir.

Xəbər lenti
0