CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Karantin dövründə ayağınıza gəlir – ASAN xidmət rayonlara gedəcək

© Sputnik / Rahim MuradovASAN xidmət Lənkaranda
ASAN xidmət Lənkaranda - Sputnik Azərbaycan
Abunə olmaq
Səyyar şəkildə göstərilən xidmətlərə funksional yardımçı xidmətlər, həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunan xidmətlər aiddir

BAKI, 10 iyun — Sputnik. Səyyar ASAN xidmət 10 – 25 iyun Qaradağ rayonunun Qobustan qəsəbəsi, Hacıqabul, Xudat, Lənkəran, Tərtər, Göyçay, Qazax, Zaqatala, Beyləqanda, 10 – 29 iyun Xırdalanda, 10 iyun – 4 iyul Şəmkirdə vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Пресс-секретарь ASAN Xidmət Эльнур Нифталиев, фото из архива - Sputnik Azərbaycan
Koronavirus “ASAN” mərkəzlərin fəaliyyətinə hansı dəyişikliklər gətirdi

"ASAN xidmət"dən Sputnik Azərbaycan-a verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlərə funksional yardımçı xidmətlər, həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunan xidmətlər aiddir.

Bu xidmətlərə aşağıdakılar daxildir:

- Notariat fəaliyyəti;

- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

- Sürücülük vəsiqələrinin dəyişdirilməsi; (Bakı və Sumqayıt Səyyar ASAN xidmət avtobusları)

- Əmək pensiyalarının təyin edilməsi;

- Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

-Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

Один из центров ASAN Xidmət в Баку - Sputnik Azərbaycan
ABŞ-ın məşhur agentliyi "ASAN Xidmət"də çəkilən fotoları yerləşdirib

- Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

- Bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu);

- Tərcümə xidməti (Bakı, Gəncə, Sumqayıt, İmişli və Masallı Səyyar ASAN xidmət avtobusları)

- Tibb xidməti;

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Xəbər lenti
0