Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Əks istiqamət götürdü: Neftin qiyməti ucuzlaşır

© AP Photo / Charlie RiedelНефтяная качалка, фото из архива
Нефтяная качалка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Azeri Light" markalı neftin qiyməti 0,71 dollar ucuzlaşıb. "Brent" markalı neftin qiyməti 0,53 dollar, "Light" markalı neftin qiyməti isə 0,64 dollar geriləyib

BAKI, 10 iyun — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin qiyməti 0,71 dollar ucuzlaşaraq 41,70 dollar olub.

"Brent" markalı neftin qiyməti 0,53 dollar geriləyərək 40,65 dollar, "Light" markalı neftin qiyməti isə 0,64 dollar ucuzlaşaraq 38,30 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Xəbər lenti
0