BAKI, 10 iyun — Sputnik. Yazıçı-şair Şəhriyar Del Gerani koronavirusa yoluxub. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə şairin özü "Facebook" sosial şəbəkəsində paylaşım edib.
Şəhriyar Del Gerani bildirib ki, COVID-19 testi pozitiv çıxsa da, buna görə qəti şəkildə neqativə köklənmək fikrində deyil: "COVID19" testim pozitiv çıxıb. Amma qəti şəkildə neqativə köklənmək olmaz. Allahdan gələn hər nə var, qəbulumdu. Canım üstə, gözüm üstə, ömrüm üstə yeri var hər bəlanın, hər xəstəliyin, hər dərdin. Allah hər şeyi görür və bilir. Duaların göy üzündə Allaha çatan yeri var, mən buna həmişə inanmışam, indi də inanıram. Hər şey yaxşı olacaq. Bu, mənim taleyimdir. Bu tale mənə məxsusdur bütün tərəfləriylə. Mən bu taleyin alnından öpürəm, bağrıma basıram. Allah necə haqdır!"
Qeyd edək ki, yazıçı-şair ötən gün COVID-19 virusuna yoluxmaqla bağlı analiz vermişdi.