CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kür çayına gecə-gündüz keşik çəkirlər - Hallarına acımamaq mümkün deyil

© Sputnik / Musa MuradliKürdə axtarış
Kürdə axtarış - Sputnik Azərbaycan
Abunə olmaq
Nazırlı kəndinin sakinləri və FHN-in xilasediciləri gecə-gündüz Kür çayında batan gəncin axtarışına səfərbər olublar

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 10 iyun – Sputnik. Bərdənin Nazırlı kəndində bir neçə gün öncə 4 nəfər gəncin Kür çayında çimmək həvəsi faciə ilə nəticələnib. Belə ki, həmin gənclər kəndin heyvanlarını otlaqda otaran zaman isti havada bir az sərinləmək istəyiblər. Çaya girib çimmək istəyərkən, dördü də suyun axarına təslim olmaq məcburiyyətində qalıblar. Ölüm-dirim savaşında onlardan 3-ü salamat qalıb sahilə çıxa bilsə də, biri - 18 yaşlı Mirağazadə Röyal Rafiq oğlu Dəli Kürün qəzəbindən qurtula bilməyib. O, sulara qərq olub. Nazırlı kəndinin sakinləri günlərdir çayın sahilində müxtəlif məsafələrdə keşikçi dəstələrilə durub çayı güdsələr də, Röyalın cəsədini tapa bilmirlər. Sputnik Azərbaycan-ın əməkdaşı həmin əraziyə baş çəkərək sakinlərlə söhbətləşib.

© Sputnik / Musa Muradli
Kürdə axtarış - Sputnik Azərbaycan
1/4
© Sputnik / Musa Muradli
Kürdə axtarış - Sputnik Azərbaycan
2/4
© Sputnik / Musa Muradli
Kürdə axtarış - Sputnik Azərbaycan
3/4
© Sputnik / Musa Muradli
Kürdə axtarış - Sputnik Azərbaycan
4/4
1/4
2/4
3/4
4/4

Qeyd edək ki, Kürün sahilində çay boyunca bənd uzanır. Bu bənd vaxtilə Kürün “dəlilik” etdiyi vaxtlarda salınıb. İndikindən fərqli olaraq, əvvəllər Kürün suyu bol olurmuş. Tez-tez məcrasından çıxaraq çayqırağı kəndlər üçün böyük təhlükə yaradırmış. Bunun üçün də çay daşanda, kəndlilər gecə-gündüz dayanmır, bənd vururlarmış. İndi Kürün suyu əvvəlki kimi çox deyil. Sahilyanı kəndlər üçün təhlükə yaratmasa da, hərdən yerli sakinlər arasında Kürə qurban gedənlər olur.

Batan gəncin dayısı Elçin Kərimov Sputnik Azərbaycan-a faciə ilə nəticələnmiş hadisə barədə danışarkən deyib: “Dörd nəfər - Göyüşov Özal Yusif oğlu, Poladov Şəhriyar Xasay oğlu, Əliyev Məhəmməd Elşad oğlu və Mirağazadə Röyal Rafiq oğlu mal otarma növbəsində olarkən günorta nahar ediblər. Sonra çimmək üçün çaya giriblər. Birdən çayın burulğanına düşüblər. Dörd nəfərdən üçü üzməyi bacardığı üçün çıxa bilib, ancaq Röyal üzə bilmədiyindən batıb. Sudan çıxan yoldaşlardan biri geri qayıdıb ona kömək etmək istəyib.  Ancaq ona çatana qədər, Röyal görünməz olub”.

Elvin Kərimov beş  gün ərzində axtarışlardan yorulduqlarını, əlaqədar təşkilatlardan kömək gözlədiklərini bildirib. Ailəsi əzizlərinin heç olmasa, nəşini tapıb, torpağa tapşırmağı arzulayır.

Автомобил патрульной службы и сотрудники МВД, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Hədəf axtaranlar ordusu: bizi özümüzdən çıxaran nədir?

Nazırlı sakinləri FHN-nin Sularda Xilasetmə Xidmətinin axtarışla bağlı fəaliyyətindən razılıqlarını bildirirlər. FHN-nin xilasediciləri hər gün səhərdən axşama qədər hadisə yerində axtarışlar aparırlar. Üzücü olan isə odur ki, bütün cəhdlərə baxmayaraq, Mirağazadə Röyal Rafiq oğlunun cəsədi tapılmayıb.

Kənd sakini Məcid dayı deyib ki, Kür üzdən sakit görünsə də, onun dibi sürətlə axır. Bir də ki, suyun altı ağaclarla dolu olduğuna görə, çiləkənlər axtarışları çətinləşdirir. Xilasedicilər üçün də çayın dibinə düşüb, çıxmaq qorxuludur. Onlar da ağacların çiləkəninə ilişməklə kiçik ehtiyyatsızlığın qurbanı ola bilərlər.

Xəbər lenti
0