BAKI, 10 iyun — Sputnik. Çin COVID-19-un ilkin mənbəsinin Çində olduğunu deyə bilməz, Çin rəhbərliyi sadəcə hamıdan qabaq virusu aşkarlayıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Çinin Rusiyadakı səfiri Çjan Xanxuey bildirib.
"Epidemiya. Doğrudan da yayılma Çindən oldu. Lakin biz bu növ koronavirusun ilkin mənbəsinin Çində olduğunu deyə bilmərik. Biz sadəcə hamından qabaq onu aşkarladıq və onun əleyhinə tədbirləri gördük", - deyə səfir vurğulayıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 7,2 milyonu keçib, 411 mindən çox adam isə virus səbəbilə ölüb.