CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qonşuda koronavirusa yoluxanların sayı 14 mini keçdi

© AP Photo / Andre PennerCOVİD-19 xəstələri, arxiv şəkli
COVİD-19 xəstələri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstanda isə daha 4 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 822-yə çatıb.

BAKI, 10 iyun — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 14103-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 428 nəfər artıb.

Ermənistanda son gündə daha 10 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 227-yə çatıb. Xəstəlikdən sağalanların sayı 5226 olub. Hazırda bu ölkədə olan 8537 nəfər xəstəxanada müalicə alır.

Gürcüstanda isə daha 4 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 822-yə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 7,2 milyonu keçib, 407 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0